Tramp bu məsələ ilə bağlı qərar verməyə tələsmədiyini açıqlayıb

Tramp bu məsələ ilə bağlı qərar verməyə tələsmədiyini açıqlayıb
DÜNYA
05:10 20.11.2026
89
ABŞ Prezidenti Donald Tramp İrana qarşı gələcək addımlarla bağlı qərar qəbul etməyə tələsmədiyini bildirib.

İsrailin "12-ci kanal”ının məlumatına görə, Amerika lideri bunu Çindən Vaşinqtona qayıdarkən təyyarənin göyərtəsindən verdiyi telefon müsahibəsində deyib.

"Mən İranla bağlı hər hansı qərar qəbul etməyə tələsmirəm. Yeni ilin başlanmasından sonra nə baş verəcəyinə baxacağıq”, – deyə Tramp bildirib.

Telekanalın məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatların bərpası məqsədilə ABŞ Prezidentinə təzyiq göstərməyə davam edir.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR