ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalını qarşıdan gələn Konqres seçkiləri öncəsi onun mitinqlərini yayımlamamaqla reytinq itkisi ilə üzləşə biləcəyi barədə xəbərdar edib.
Tramp bu barədə "Truth Social" platformasında yazıb.
Onun sözlərinə görə, digər televiziya şəbəkələri mitinqləri yayımlayır və onları müsbət şəkildə təqdim edir. Tramp "Fox News" izləyicilərinin də onun mitinqlərini və bu tədbirlər barədə xəbərləri görmək istədiyini bildirib.
Tramp "Fox News"un bazar günü efirində Ohayoda keçirilən mitinqə və digər günlərdəki oxşar tədbirlərə yer verilməməsindən narazılığını ifadə edib.
O, həmçinin telekanalın Respublikaçılar Partiyasının tədbirləri əvəzinə müxalifətin fəaliyyətini işıqlandıracağı təqdirdə reytinqinin kəskin şəkildə aşağı düşəcəyini iddia edib.
///teleqraf///











































