ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 145 faizə yüksəldib.
Bu barədə CNBC Ağ Evə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Çindən idxal olunan məhsullara ABŞ-ın tətbiq etdiyi tarif dərəcəsi hazırda faktiki olaraq 145%-dir.
Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-ın Çinə tətbiq etdiyi ticarət tariflərini 125%-ə qaldırmışdı.
Çin hakimiyyəti isə buna cavab tədbiri olaraq ABŞ-dan idxal olunan mallara rüsumları 84%-ə qədər artırmağa qərar vermişdi. Tramp Çini bu addımdan geri çəkilməyə çağırmış, əks halda rüsumları daha da qaldıracağını bildirmişdi.
///APA