Tramp İran gəmiləri ilə bağlı təlimat verdi

Tramp İran gəmiləri ilə bağlı təlimat verdi
DÜNYA
18:34 22.04.2020
1439

Prezident Donald Tramp ABŞ-ın gəmilərinə hücum edəcəkləri təqdirdə İran donanmasını vurmaq əmrini verib.

Bu barədə Tramp "Twitter” hesabında yazıb.

 

"Amerika Birləşmiş Ştatlarına məxsus gəmilərimizi dənizdə narahat etsələr, İran donanmasının vurulması ilə bağlı təlimat verdim”, - deyə o qeyd edib.

Xatırladaq ki, ötən həftə İranın İnqilab Keşikçiləri Ordusuna aid 11 sürət gəmisi Bəsrə körfəzində ABŞ-a məxsus altı hərbi gəmiyə yaxınlaşaraq, ərazidən uzaqlaşmalarını tələb ediblər.

OXŞAR XƏBƏRLƏR