Prezident Donald Tramp ABŞ-ın gəmilərinə hücum edəcəkləri təqdirdə İran donanmasını vurmaq əmrini verib.
Bu barədə Tramp "Twitter” hesabında yazıb.
"Amerika Birləşmiş Ştatlarına məxsus gəmilərimizi dənizdə narahat etsələr, İran donanmasının vurulması ilə bağlı təlimat verdim”, - deyə o qeyd edib.
Xatırladaq ki, ötən həftə İranın İnqilab Keşikçiləri Ordusuna aid 11 sürət gəmisi Bəsrə körfəzində ABŞ-a məxsus altı hərbi gəmiyə yaxınlaşaraq, ərazidən uzaqlaşmalarını tələb ediblər.