İrana seçkilərdən sonra zərbə endirmək mümkündür.
Bunu ABŞ Prezidenti Donald Tramp "TIME” jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib.
"Mümkündür. Bizim çoxlu silahımız var”, - Tramp bildirib.
Jurnalist Trampdan ötən həftə İranı "məhv edə biləcəyini” dediyini xatırladıb. ABŞ Prezidenti isə buna "Bəli, bunu edərdim. Bu mümkündür” cavabını verib.
"Sülh prezidentinin bütöv bir xalqın məhv edilməsinə çağırış etməsini necə izah etmək olar?” sualına Tramp belə cavab verib: "Çünki İranı məhv etməklə dünyada sülh yaratmışıq. İranla heç vaxt sülhün mümkün olduğunu düşünmürəm”.











































