ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İrandan həyatına qarşı "böyük təhdidlər” aldığını bəyan edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə sosial media platforması olan Truth Social hesabında açıqlama verib.
İrandan həyatına qarşı "böyük təhdidlər" aldığını qeyd edən Tramp, "Baş verənləri ABŞ ordusu izləyir və gözləyir. İran daha əvvəl də bəzi addımlar atdı, amma işə yaramadı, yenidən cəhd edəcəklər" deyə qeyd edib.
Gülay