Tramp İranla bağlı verəcəyi qərarın gününü AÇIQLADI
DÜNYA
01:27 24.05.2026
781
ABŞ Prezidenti Donald Tramp bildirib ki, mayın 24-də İranla bağlı mümkün hərbi əməliyyatların bərpası barədə qərar verəcək.
AZXEBER.COM xəbər verir ki, Tramp bu barədə "Axios" portalına müsahibəsində danışıb.
ABŞ prezidenti qeyd edib ki, qərardan əvvəl komandası ilə məsləhətləşmələr aparacaq. Görüşdə Cey. Di. Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşner iştirak edəcəklər.
Trampın sözlərinə görə, müzakirələrdən sonra İranla bağlı növbəti addım barədə yekun qərar veriləcək.