ABŞ Prezidenti Donald Tramp İranla hərbi qarşıdurmanın noyabrın əvvəlində keçiriləcək Konqresə aralıq seçkilərindən əvvəl başa çata biləcəyini açıqlayıb.
Tramp Texasda çıxışı zamanı İranla müharibənin başa çatması ilə bağlı danışarkən "düşünürəm ki, seçkilərdən dərhal sonra, bəlkə də seçkilərdən əvvəl qalib gələcəyik” deyib.
ABŞ Prezidenti İranın iqtisadi çətinliklər səbəbindən tamamilə dağılmağa hazır olduğunu iddia edib.
"Biz çox asanlıqla qalib gələ bilərik”, – Tramp vurğulayıb.
O, jurnalistlərə açıqlamasında da məsələ ilə bağlı danışaraq münaqişənin "bu və ya digər şəkildə, çox tezliklə başa çatacağını” bildirib.
///modern.az///











































