Tramp: İsrail və İran azı bir həftə bir-birinə zərbə endirməyəcək

Tramp: İsrail və İran azı bir həftə bir-birinə zərbə endirməyəcək
DÜNYA
10:33 09.06.2026
98
İsrail və İran ən azı bir həftə ərzində bir-birlərinə zərbələr endirməyəcəklər.

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

"Biz çox yaxşı danışıq apardıq. Ona zərbə endirildi, o da cavab verdi. Buna görə onu qınaya bilmərəm. Amma indi bunu dayandırıblar. Beləliklə, onlar təxminən bir həftə və ya daha çox müddətdə bir-birlərini rahat buraxacaqlar”, — Tramp jurnalistlərə açıqlamasında deyib.
 
///Apa
OXŞAR XƏBƏRLƏR