ABŞ Prezidenti Donald Tramp Kanadanın Birləşmiş Ştatlara birləşməsi ideyasını dəstəkləməyə davam edir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinq zamanı bildirib.
"O, hələ də düşünür ki, əgər Kanada ABŞ-ın 51-ci ştatı olsaydı, kanadalılar bundan böyük fayda görərdilər”, — deyə Levitt bildirib.