Tramp: Liviya qeyri-qanuni miqrasiya üçün tranzit dəhlizi olaraq qala bilməz

Tramp: Liviya qeyri-qanuni miqrasiya üçün tranzit dəhlizi olaraq qala bilməz
DÜNYA
09:10 26.10.2026
132
Liviya qeyri-qanuni miqrasiya üçün tranzit dəhlizi olaraq qala bilməz və buna dərhal son qoyulmalıdır.

ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

Tramp Liviya xalqını qürurlu, dözümlü və qonaqpərvər xalq kimi xarakterizə edərək, onun sülh və rifaha layiq olduğunu bildirib.

ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton və Tripoli arasında terrorizmlə mübarizə sahəsində güclü və davamlı tərəfdaşlıq mövcuddur. Onun sözlərinə görə, bu əməkdaşlıq Liviyada İŞİD terror təşkilatına qarşı birgə mübarizədə əldə edilmiş uğurlara əsaslanır.

"Biz Liviya xalqına və hər iki xalqımızın ortaq düşməni olan İŞİD-ə qarşı mübarizədə cəsur liviyalıların verdiyi qurbanlara hörmətlə yanaşırıq”, – deyə Tramp yazıb.

BŞ Prezidenti Vaşinqtonun Liviya ilə ikitərəfli münasibətləri gücləndirməyə, ölkənin və dövlət institutlarının birləşdirilməsini dəstəkləməyə, eləcə də ümummilli seçkilərə keçid prosesində Liviya xalqının yanında olmağa sadiq qaldığını vurğulayıb.

"Liviya xalqı illərdir terrorizmin və xarici müdaxilələrin qurbanı olub. Mən onların birləşməsini, öz suverenliklərini bərpa etməsini və layiq olduqları dinc, firavan gələcəyə sahib olmasını istəyirəm”, – deyə Tramp qeyd edib.

///azərtac///
OXŞAR XƏBƏRLƏR