ABŞ Prezidenti Donald Tramp Belarusla bağlı gözlənilməz açıqlama verib.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, o, sosial şəbəkəsində Aleksandr Lukaşenkoya təşəkkür edərək, onu "qüdrətli lider" adlandırıb və 1300 nəfərin tezliklə azadlığa buraxılacağına ümid etdiyini bildirib.
"Belarusa və onun qüdrətli liderinə təşəkkür edirəm. Ümid edirəm ki, 1300 nəfər də tezliklə azad olunacaq!", - Tramp yazıb.
ABŞ lideri siyasi məhbusları nəzərdə tutub. Bu, beynəlxalq insan haqları təşkilatlarının daha əvvəl bildirdiyi rəqəmdir. Onlar əsasən 2020-ci il prezident seçkisindən və sonrakı kütləvi etirazların ardından məhkum olunmuş şəxslərdir.
Bu şəxslərin azadlığa buraxılması Avropa İttifaqının və ABŞ-nin əvvəlki administrasiyalarının rəsmi Minsklə istənilən dialoqa başlaması və sanksiyaların ləğvi üçün əsas tələbidir.