ABŞ Prezidenti Donald Tramp Axios xəbər portalına müsahibəsində İsrail və Baş nazir Benyamin Netanyahu ilə münasibətlərini dəyərləndirib.
AZXEBER.COM xəbər verir ki, Tramp bildirib ki, Netanyahudan soruşsalar, İsrailin bombalar və silahlar da daxil olmaqla hər şeyə sahib olduğunu deyəcək.
"Mən olmasaydım, İsrail yerlə-yeksan olmuşdu”,- deyə Tramp bildirib.
ABŞ lideri Netanyahu ilə münasibətlərinə də toxunaraq deyib ki, Münasibətlərimiz yaxşıdır, amma onları bir qədər daha məqbul səviyyədə saxlamaq lazımdır.
İsrailin Livana hücum etməsinin qarşısını ala bilib-bilməyəcəyi ilə bağlı suala cavab verən Tramp "Bəli, edəcəyəm. Onların mənə böyük hörməti var və dediklərimi edirlər”,- deyə bildirib.
Şahanə











































