"Mənim Nobel Sülh Mükafatına layiq görülməməyim Norveç Nobel Komitəsi üçün böyük nüfuz itkisi olacaq".
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp Nobel mükafatına layiq olduğunu düşündüyü nailiyyətlərini sadalayaraq bildirib: "Mükafatı alıb-almamağımdan asılı olmayaraq, mən daha çox iş görmüşəm. Əgər məni qiymətləndirməsələr, düşünürəm ki, bu, onlar üçün böyük nüfuz itkisi olar”.
Prezident, həmçinin 2025-ci il laureatı, Venesuela müxalifət lideri Mariya Korina Maçadonun öz mükafatını ona təqdim etdiyini xatırladıb.
2026-cı il Nobel Sülh Mükafatının qalibi oktyabrın 9-da Osloda açıqlanacaq.
///teleqraf///











































