ABŞ Prezidenti Donald Tramp sabiq dövlət başçısı Barak Obamanı demokratiyaya təhdid adlandırıb.
Tramp bunu Fox News telekanalına müsahibəsində bildirib.
"Demokratiyaya məhz o, təhdid yaradır. O, mənim kampaniyamı izləməklə bunu başlatdı”, – deyə Ağ Ev rəhbəri vuröulayıb.
Trampın sözlərinə görə, Obama bu hərəkətin qanunsuz olduğunu bilə-bilə casusluq edib.
ABŞ lideri onu da vurğulayıb ki, "özünə qarşı qanunsuz fəaliyyət göstərən hər kəs məsuliyyətə cəlb olunacaq”.
/APA