Tramp: "Qəzzada atəşkəs razılaşmasına son dərəcə yaxınıq"

Tramp: "Qəzzada atəşkəs razılaşmasına son dərəcə yaxınıq"
DÜNYA
23:54 09.07.2025
539
ABŞ Qəzza zolağında atəşkəs rejiminin əldə olunması və Fələstində saxlanılan İsrail girovlarının azad edilməsi barədə razılaşmanın əldə olunmasına yaxınlaşıb.

Bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Sizə deyim ki, biz (Qəzza ilə bağlı) sazişin bağlanmasına çox yaxınlaşmışıq. Biz atəşkəs, sülh və girovların qaytarılmasını istəyirik və düşünürəm ki, biz buna yaxınıq", - deyə o jurnalistlərə bildirib.

ABŞ lideri əlavə edib ki, razılaşmanın "bu və ya növbəti həftə" əldə olunması üçün "çox yaxşı şanslar var".
 
/report
OXŞAR XƏBƏRLƏR