Tramp Qəzzada vəziyyətin nizamlanmasına çağırıb

Tramp Qəzzada vəziyyətin nizamlanmasına çağırıb
DÜNYA
10:57 29.06.2025
241
ABŞ prezidenti Donald Tramp Qəzza zolağında vəziyyətin nizamlanmasına və girovların azad edilməsinə çağırış edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında yazıb.

"Qəzza ilə bağlı razılaşma lazımdır, girovlar geri qaytarılmalıdır!!!” – deyə o yazıb.

Bundan əvvəl Tramp Qəzza sektorunda münaqişənin həllində əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın İranda nüvə obyektlərinə endirdiyi zərbələr Qəzza anklavında saxlanılan girovların azad olunmasına təkan verə bilər.
OXŞAR XƏBƏRLƏR