ABŞ Prezidenti Donald Tramp iyulun 7-də ticarət sazişlərinin son müddətinin iyulun doqquzundan avqusun 1-ə keçirilməsi haqqında fərman imzalayacaq.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün ənənəvi brifinqdə bildirib.
"Prezident bu gün son müddəti iyulun 9-dan avqustun 1-nə keçirən sərəncam imzalayacaq", - o deyib.
Livitt əlavə edib ki, ABŞ hakimiyyətinin avqustun 1-dən 25 %-lik gömrük rüsumları tətbiq etdiyi Koreya Respublikası və Yaponiyadan başqa, daha 12 ölkəyə Trampdan əlavə tariflərin tətbiqi ilə bağlı bildiriş göndəriləcək.
Həmçinin məlum olub ki, ABŞ avqustun 1-dən Malayziyadan tədarük olunan mallara 25 %lik rüsum, Laos və Myanmadan idxal olunan bütün məhsullara 40 %-lik tarif tətbiq edəcək.
///Report