Tramp üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyə hazırlaşmır

Tramp üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyə hazırlaşmır
DÜNYA
18:25 04.05.2025
238
ABŞ prezidenti Donald Tramp bildirib ki, üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətində deyil.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Tramp NBC News telekanalına müsahibəsində bildirib.

"Mən ümumilikdə səkkiz il, iki müddət prezident olacağam. Həmişə bunun çox vacib olduğunu düşünmüşəm”, – o deyib.

O əlavə edib ki, tərəfdarları onu gələcəkdə üçüncü dəfə prezident seçkilərində iştirak etməyə daim razı salmağa çalışırlar, Lakin o, belə bir planının olmadığını vurğulayıb. "Bir çoxları üzərində "Tramp 2028” yazılmış papaqlar satır. Amma mən belə bir şey etməyəcəyəm. Mən dörd il ərzində möhtəşəm işləyəcəyəm və bunu başqasına – ideal halda, əla bir respublikaçıya təhvil verəcəyəm”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəlişə əsasən, bir şəxs ən çox iki dəfə dövlət başçısı seçilə bilər. ABŞ-da növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Qeyd edək ki, daha əvvəl Tramp üçüncü müddətə namizədliyini irəli sürmək ehtimalını istisna etməmişdi və mediada onun bu məsələ ilə bağlı ABŞ Ədliyyə Nazirliyinə hüquqi araşdırma aparmaq göstərişi verdiyi ilə bağlı məlumatlar yayılmışdı
OXŞAR XƏBƏRLƏR