Tramp: Ukraynanın Rusiyanın dərinliklərinə zərbələri müharibəni sona çatdıra bilər

Tramp: Ukraynanın Rusiyanın dərinliklərinə zərbələri müharibəni sona çatdıra bilər
DÜNYA
19:15 08.07.2026
499
Ukraynanın Rusiyanın dərinliklərinə zərbələri eskalasiyadır. Amma elə bir eskalasiyadır ki, müharibənin başa çatmasına gətirib çıxara bilər.

Bu fikri ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

Tramp Rusiya-Ukrayna müharibəsinin nizamlanmasının gözlədiyindən daha mürəkkəb olduğunu da etiraf edib.

"Biz çox müharibənin nizamlanmasına nail olmuşuq. Düşünürdüm ki, bu münaqişənin də həlli asan olacaq. Amma Putin çətin xarakterli insandır, bu oğlan (Zelenski - red.) da çətin xarakterlidir. Bu heç də asan məsələ deyil. Bu, çox böyük səylər və qətiyyət tələb edir", – ABŞ Prezidenti bildirib.

Tramp həmçinin Zelenski ilə münasibətlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını vurğulayıb.

"Zelenski ilə çox yaxşı münasibətlərimiz var. Oval kabinetdəki görüşdən bu günə qədər yaxşı münasibətlər qurmuşuq", – o qeyd edib.
 
///apa
OXŞAR XƏBƏRLƏR