Vatikan Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməkdə son dərəcə maraqlıdır.
Bunu ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra "Truth Social” sosial şəbəkəsində bildirib.
"Vatikan Papa vasitəsilə danışıqlara ev sahibliyi etməkdə çox maraqlı olacağını bildirib", - Amerika lideri yazıb.
O, həmçinin qeyd edib ki, Rusiya ilə Ukrayna çox yaxın vaxtlarda atəşkəs və münaqişəyə son qoyulması üzrə danışıqlara başlayacaq.
"Rusiya Prezidenti Vladimir Putinlə iki saatlıq söhbəti indicə bitirdim. Düşündüm ki, çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaqlar", - Tramp vurğulayıb.
/Report