ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərləri ABŞ iqtisadiyyatına 12-13 trilyon dollar məbləğində investisiya razılaşmaları ilə nəticələnib.
O, bunu Əbu-Dabidə ABŞ və BƏƏ-nin işgüzar dairələrinin nümayəndələrinin görüşündə deyib.
Görüşdə Əbu-Dabi əmirliyinin vəliəhd şahzadəsi Şeyx Xalid bin Məhəmməd Əl Nəhayyan da iştirak edib.
"Biz təxminən 12-13 trilyon dollarla bağlı razılığa gəldik. Biz artıq məlum olan layihələr sayəsində 12-13 trilyon dollar səviyyəsinə çatdıq, bəziləri haqqında isə çox yaxın zamanda məlumat verəcəyik", - o bildirib.