ABŞ Prezidenti Donald Tramp bildirib ki, Volodimir Zelenski Krımın Ukraynaya qaytarılması tələbindən əl çəkə bilər.
ABŞ lideri bu barədə Morristaun (Nyu-Cersi ştatı) şəhərinin hava limanında jurnalistlərə verdiyi açıqlamada söyləyib.
"Güman edirəm ki, bəli, o bunu etməyə hazırdır", - deyə D.Tramp vurğulayıb.
Qeyd edək ki, D.Tramp aprelin 26-da Vatikanda Papa Fransiskin dəfn mərasimində iştirak edib. O, səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş keçirib.
/Oxu.Az