Trampa qarşı ümummilli etiraz aksiyası keçirilib

Trampa qarşı ümummilli etiraz aksiyası keçirilib
DÜNYA
00:19 19.10.2026
189
ABŞ-də prezident Donald Trampın siyasətinə qarşı çıxan "No Kings” ("Krallara yox”) hərəkatının ümummilli etiraz aksiyası keçirilib.

Təşkilatçılar 50 ştatın hamısında 3 mindən çox tədbirin təşkil olunduğunu bildiriblər.

Aksiyaların əsas məqsədi Konqresə aralıq seçkilər ərəfəsində seçiciləri səfərbər etmək olub. 
Etiraz kampaniyası noyabrın 3-nə təyin olunan səsverməyə yaxın keçirilib. Nümayişçilər amerikalıları qanunvericilikdə nəzərdə tutulan imkanlardan istifadə edərək seçkilərin əsas günündən əvvəl səs verməyə çağırıblar.

Nümayişlər ölkənin Nyu-York, Los-Anceles, Çikaqo, Filadelfiya və Atlanta kimi böyük şəhərlərində keçirilib. İştirakçılar hazırkı prezidentin siyasətinə qarşı plakatlar qaldırıb, demokratik institutları dəstəkləyən şüarlar səsləndiriblər. Etirazlarda iştirak edənlərin ümumi sayı hələlik məlum deyil.
 
///modern.az///
OXŞAR XƏBƏRLƏR