ABŞ və Çin arasında tariflərlə bağlı müzakirələr davam edərkən, ABŞ prezidenti Tramp vergilərin azaldılmasına işarə edib.
AZXEBER.COM xaric mətbuata istinadən xəbər verir ki, Tramp Çinə tətbiq edilən rüsumun 145 faiz səviyyəsində qalmayacağını bildirib.
Tramp həmçinin son nəticənin ortaq razılıqdan sonra olacağını bildirib: "Ancaq son nəticədə onlar razılığa gəlməlidirlər”.
O, Çinin sonda ABŞ ilə gömrük razılaşması bağlamalı olacağını şərh edib.
Trampın gündəliyinə ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauelə faiz dərəcələrini aşağı salmaq çağırışı da daxildir.
Trump, Paueli işdən çıxarmağı planlaşdırmadığını, lakin faiz dərəcələrinin aşağı olması lazım olduğunu söylədi.
Gülay