Əgər Rusiya və Ukrayna sülh razılığına gələ bilməsələr, hər iki ölkəyə tariflər tətbiq oluna bilər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
Ağ Ev rəhbəri bildirib ki, tarif mexanizmi ABŞ-a beş müharibəni bitirməyə yardım edib.
"Tariflər sayəsində beş müharibəyə son qoyduq. Yəqin ki, dərhal Ukrayna və Rusiya ilə də eyni şeyi etməliyik. Bu, mənim ağlıma belə gəlməyib", - deyə Tramp bildirib.
///axar.az///











































