ABŞ-nin keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatında ərzaq mağazasına səfəri zamanı üç uşaq anasına 100 dollar verib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu jest onun yaşayış xərclərini aşağı salmağı vəd edən kampaniyasına uyğundur.
Həmçinin Trampın bu cür hərəkəti yüksək inflyasiya və iqtisadi çətinliklər yaşayan amerikalılar üçün vacib məsələdir.
O, bu jestlə qadından səs istəyib və 2024-cü il seçki kampaniyasına işarə edərək onun üçün nələr edə biləcəklərini açıqlayıb.
Tramp amerikalıların gündəlik yaşayış xərclərini, xüsusən də qaz və ərzaq qiymətlərini aşağı salacağını vəd edir.
Qeyd edək ki, əksər seçicilərin iqtisadiyyata və inflyasiyaya ən vacib məsələlər kimi baxdığı bir şəraitdə bu cür jestlər seçki kampaniyasının mühüm hissəsinə çevrilir.
Mikayıl