Trampdangözlənilməz göstəriş: İşi tamamlayın

Trampdangözlənilməz göstəriş: İşi tamamlayın
DÜNYA
10:19 16.06.2025
392
ABŞ prezidenti Donald Tramp bəzi böyük şəhərlərdə etirazlara baxmayaraq, ölkədə mühacirlərə qarşı deportasiya və həbs tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.
 
AZXEBER.COMxaroci mətbuata istinadən xəbər verir ki, Tramp başda Los-Anceles olmaqla böyük şəhərlərdə keçirilən nümayişlərlə bağlı "Truth" sosial hesabından açıqlamalar verib, rəhbərliyin immiqrasiya siyasətini tənqid edib.
 
İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) "tarixdə qeyri-qanuni mühacirlərə qarşı ən böyük kütləvi deportasiya əməliyyatını” təşkil etdiyini müdafiə edən Tramp, "Bizə işimizi görməmizə heç nə mane ola bilməz” deyib.

Trump, ICE zabitlərinə "tarixdə yeganə ən böyük kütləvi deportasiya proqramını həyata keçirmək üçün əllərindən gələni etməyi" əmr edib. Bu məqsədlə Los-Anceles, Çikaqo və Nyu-York kimi şəhərlərdə qeyri-qanuni mühacirlərə qarşı deportasiya və həbs cəhdlərinin gücləndirilməsi lazım olduğuna diqqət çəkib.
 
Gülay
 

OXŞAR XƏBƏRLƏR