Trampın 464 milyon cərimə ödəmək üçün verdiyi müddət bu gün başa çatır

Trampın 464 milyon cərimə ödəmək üçün verdiyi müddət bu gün başa çatır
DÜNYA
18:25 25.03.2024
130

ABŞ-nin keçmiş prezidenti və iş adamı Donald Trampa təqsirli bilindiyi mülki dələduzluq işində aldığı cəriməni ödəmək üçün verilən müddət bu gün başa çatır. 

AZXEBER.COM xəbər verir ki, əgər Tramp bu iş üzrə kəsilmiş 464 milyon dollar məbləğində ümumi cəriməni ödəməsə, onun aktivlərinə həbs qoyulacağı gözlənilir. 

Bildirilir ki, sabiq prezidentin bankdakı pulları və reputasiyası təhlükə altında ola bilər. 

ABŞ-nin keçmiş prezidentinə məxsus binalar, evlər, nəqliyyat vasitələri, vertolyotlar və təyyarələr kimi aktivlərə, bank hesablarına həbs qoyula bilər.

Ayşən

OXŞAR XƏBƏRLƏR