Trampın planı reallaşa bilər – Saziş təsdiqləndi

Trampın planı reallaşa bilər – Saziş təsdiqləndi
DÜNYA
23:33 03.11.2026
209
Qrenlandiya parlamenti Donald Tramp administrasiyası ilə adada Amerikanın hərbi mövcudluğunun genişləndirilməsini nəzərdə tutan təhlükəsizlik sazişini təsdiqləyib.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Sazişin lehinə 16 deputat səs verib, heç kim əleyhinə çıxmayıb, 7 deputat isə bitərəf qalıb.

Razılaşma ABŞ-a Qrenlandiyada iki yeni hərbi baza yaratmaq və "Qızıl günbəz” raketdən müdafiə sistemini yerləşdirmək imkanı verir. Sənəddə Danimarkanın suverenliyi və Qrenlandiyanın öz müqəddəratını təyin etmək hüququ da təsdiqlənir.

Müxalifətdəki "Naleraq” partiyası sazişi tənqid edərək, adaya kifayət qədər iqtisadi fayda vəd etmədiyini bildirib.

Sənədin qüvvəyə minməsi üçün Danimarka parlamenti tərəfindən də təsdiqlənməsi tələb olunur. Müzakirələrin ilk mərhələsi noyabrın 11-də, yekun səsvermə isə noyabrın 19-da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR