Trampdan Ukraynadan 500 milyard dollarlıq tələb - Nadir torpaq elementlərini istəyir

DÜNYA
17:37 11.02.2025
211
ABŞ-nin sabiq prezidenti Co Baydenin dövründə külli miqdarda yardım alan Ukraynanı çətin günlər gözləyir.
 
AZXEBER.COM Anadolu agentliyinə istinadən xəbər verir ki, yeni prezident Donald Tramp Ukraynaya yardım müqabilində 500 milyard dollar dəyərində nadir torpaq elementləri istədiyini bildirib.
 
Tramp əlavə edib ki, təklif Ukrayna tərəfindən qəbul edilib.

"Mən onlara dedim ki, 500 milyard dollar dəyərində nadir torpaqlar istəyirəm. Onlar bununla razılaşdılar. Ən azından özümüzü artıq axmaq kimi hiss etmirik" - deyə Tramp əlavə edib.
 
Tramp ABŞ-nin Ukraynaya dəstəyini davam etdirəcəyi təqdirdə cavab verilməli olduğunu vurğulayıb və bunları qeyd edib:

"Hazırda onlarla bəzi müqavilələr üzərində işləyirik. Onlara verdiyimiz bəzi təminatlar var. Biz deyirik ki, Ukraynada çox qiymətli nadir torpaqlar var. Biz qarantiya olaraq nə qoysaq, onu istəyirik".

Mikayıl

OXŞAR XƏBƏRLƏR