Trampın xüsusi nümayəndəsi: Ukrayna NATO-ya üzv olmayacaq, bu məsələ müzakirə olunmur

Trampın xüsusi nümayəndəsi: Ukrayna NATO-ya üzv olmayacaq, bu məsələ müzakirə olunmur
DÜNYA
19:44 19.04.2025
452
"Bizim fikirlərimiz tamamilə aydındır. Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil”.

Bunu ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq "FOX News” telekanalının efirində söyləyib.

O, bildirib ki, ölkəsinin bu məsələ ilə bağlı mövqeyi yeni deyil:

"Hələ 2008-ci ildə Rusiyadakı səfirimiz Uilyam Berns o vaxtkı dövlət katibi Kondoliza Raysa Ukraynanın NATO-nun üzvünə çevrilməsinin əlçatmaz məqsəd olduğunu açıqlamışdı”.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin istəyinə zidd olaraq bu ölkənin NATO-nun üzvü olmayacağını bəyan edib.
 
///APA
OXŞAR XƏBƏRLƏR