Transfer bombası-sı: Arda Turan Çinə "hə" dedi

Transfer bombası-sı: Arda Turan Çinə "hə" dedi
İDMAN
11:16 13.01.2017
6610

 

İki klub arasında razılıq əldə olunub

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan da Çinə köçməyə hazırlaşır. İstiPress-in məlumatına görə, məşhur türk  futbolçu "Şanxay Şenxua" klubunun təklifini qəbul edib.

Ötən mövsümün əvvəlində 41 milyon avro müqabilində "Atletiko"dan "Barselona"ya keçən Türkiyə millisinin kapitanı "Şanxay Şenxua" rəhbərliyinin israrlı təkliflərinə biganə qala bilməyib. "Barselona"da da əsas heyətə düşməkdə çətinlik çəkən 30 yaşlı oyunçu sonda çinlilərin 3 illik müqavilə təklifini qəbul etməli olub. Bu transfer reallaşarsa, onun Super Liqa təmsilçisində illik maaşı 20 milyon avro təşkil edəcək. Futbolçunun razılığını alan Qusvato Poyenin çalışdırdığı komanda artıq "Barselona" klubu ilə danışıqlara start verib. Onların Kataloniya təmsilçisinə astronomik məbləğdə pul təklif etməsi gözlənilir.
 
Qeyd edək ki, Demba Ba, Fredi Quarin və Obafemi Martins kimi tanınmış futbolçular hazırda "Şanxay Şenxua"nın formasını geyinirlər. 

 

///istipress

 

OXŞAR XƏBƏRLƏR