"Trendyol" üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70 %-nə daha tez çatacağını açıqlayıb

"Trendyol" üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70 %-nə daha tez çatacağını açıqlayıb
İQTİSADİYYAT
18:08 26.11.2025
846

"Trendyol" 300-dən çox ofis, paylama və transfer mərkəzində I-REC sertifikatlı tamamilə bərpa olunan elektrik enerjisindən istifadəyə keçir. Bununla da şirkət öz əməliyyatlarında 2040-cı il üçün müəyyən etdiyi karbon neytrallığı hədəfinin təxminən 70 %-nə planlaşdırıldığından daha tez çatacaq.

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri "Trendyol" "2024-cü il Dayanıqlılıq Hesabatı"nı dərc edib. Hesabat şirkətin dayanıqlılıq hədəfləri istiqamətində atdığı addımları və gələcək üçün müəyyən etdiyi strateji prioritetləri əks etdirir. Hesabata görə, "Trendyol" 2040-cı il karbon neytrallığı hədəflərinə doğru uğurla irəliləyir.

Şirkət dayanıqlılıq istiqamətində mühüm bir addım ataraq, 300-dən çox ofis, paylama və transfer mərkəzində I-REC sertifikatlı, tamamilə bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisindən istifadəni reallaşdırıb.

"Trendyol" hidroelektrik də daxil olmaqla, müxtəlif mənbələrin sertifikatlaşdırılmasının mümkün olduğu bu sistemdə günəş və külək enerjisinə üstünlük verərək əməliyyatlarının ekoloji təsirini minimuma endirməyi hədəfləyir. Bu yanaşma sayəsində şirkət, öz əməliyyatlarında 2040-cı il üçün müəyyən etdiyi karbon neytrallığı hədəfinin təxminən 70 %-nə planlaşdırılandan daha tez çatacağını açıqlayıb.

Erdem İnan: "Dayanıqlı inkişaf artıq seçim deyil, zərurətdir"

"2040-cı il karbon neytrallığı hədəflərimizi də əhatə edən dayanıqlılıq səyahətimizdə ilk gündən etibarən qətiyyətlə irəliləyir, texnologiya ilə innovasiya potensialımızdan cəmiyyət və dünya üçün davamlı dəyər yaratmaq məqsədilə istifadə edirik. Dayanıqlılıq strategiyamızın 3 illik mərhələsinə çatdıq və ilk gündən qarşıya qoyduğumuz hədəflərimizi yenidən qiymətləndirdik. 2024-cü il ərzində məlumat təhlili, təchizat zənciri səmərəliliyi və enerji idarəçiliyi sahələrində süni intellekt həllərini tətbiq edərək dayanıqlı transformasiya yolunda mühüm addımlar atdıq.

Bu gün çatdığımız səviyyəyə son nöqtə kimi yox, yeni mərhələnin başlanğıcı kimi baxırıq. Bu yanaşmanın əsasında dayanıqlılığın dinamik proses olması və ehtiyaclar dəyişdikcə, davamlı yenilənmə tələb etməsi anlayışı dayanır. Gələcəkdə də dəyişən şərtlərə, maraqlı tərəflərin gözləntilərinə və qlobal tələblərə uyğun olaraq, strategiyamızı daim yeniləyəcəyik", - deyə "Trendyol Qrup"un baş icraçı direktoru Erdem İnan bildirib.

Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsinə malik ilk e-ticarət şirkəti "Trendyol" üçüncü Dayanıqlılıq Hesabatında son bir ildə fəaliyyət həcminin artmasına baxmayaraq, karbon səmərəliliyini qoruduğunu açıqlayıb. Şirkət hazırda tullantılarının 99 %-ni təkrar emala yönəldir və ən azı 50 % təkrar plastikdən hazırlanmış karqo paketlərindən istifadə edir. Bununla yanaşı, "Trendyol" dayanıqlı istehsala fokuslanan məhsul çeşidini sürətlə genişləndirərək, 2024-cü ildə "Trendyol Care" etiketli məhsulların sayını 225 % artırıb. Həmçinin, Türkiyədən Körfəz ölkələri və Şərqi Avropadakı müştərilərə 520 min dayanıqlı məhsul çatdırılıb.

"Trendyol" ikiqat prioritetləndirmə yanaşması çərçivəsində bütün maraqlı tərəflərin rəylərini toplayaraq, ekoloji və sosial sahədə 20 əsas mövzunu müəyyən edib, dayanıqlılıq strategiyasını buna uyğun yeniləyib. Strategiyanın yenilənməsi zamanı əməkdaşlar, satıcılar, biznes tərəfdaşları və müştərilər daxil olmaqla, bütün maraqlı tərəflərin rəy və gözləntiləri nəzərə alınıb.

Uzunmüddətli ekoloji yol xəritəsində də konkret öhdəliklər müəyyən edilib. Şirkət öz əməliyyatlarında 2040-cı ilə, bütün tərəfdaşları və təchizatçıları əhatə edən dəyər zəncirində isə 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəfləyir.

"Trendyol" 2025-ci ilə qədər bütün logistika mərkəzlərində "sıfır tullantı" sertifikatını əldə etməyi və bütün pərakəndə qablaşdırma materiallarını sertifikatlı mənbələrdən təmin etməyi planlaşdırır. Dayanıqlı istehsalda isə 2030-cu ilə qədər məhsulların 20 %-nin sertifikatlı və patentli materiallardan hazırlanması hədəflənir.

"Trendyol"un dayanıqlılıq strategiyasının mərkəzində ətraf mühit, təbiət, cəmiyyət və bütün maraqlı tərəflər üçün müsbət təsir yaratmaq məqsədi dayanır. Bu yanaşma yalnız kommersiya ekosisteminə deyil, sosial sahələrin fərqli aspektlərində də töhfə verməyə imkan yaradır.

Şirkət bu yanaşmanı beynəlxalq bazarlara da daşımağı və uzunmüddətli müsbət təsir dairəsini daha da genişləndirməyi hədəfləyir. Trendyol dayanıqlılığı sadəcə əməliyyat məsələsi kimi deyil, fəaliyyət göstərdiyi hər bir regionda uzunmüddətli fayda yaradan miras kimi görməyi planlaşdırır.

"Trendyol"un GRI 2021 standartlarına uyğun hazırlanan "2024 Dayanıqlılıq Hesabat"ı karbon emissiyalarının azaldılması, dayanıqlı istehsal, tullantı və qablaşdırma idarəçiliyi, sosial təsir təşəbbüsləri və şirkətin dayanıqlı gələcəyə dair inkişaf planları ilə bağlı ətraflı məlumatı təqdim edir.

I-REC (Bərpa Olunan Enerji Sertifikatı) nədir?

I-REC bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin mənşəyini təsdiqləyən beynəlxalq sistemdir. Bu sistem şirkətlərə enerji istehlakının ekoloji təsirini şəffaf şəkildə göstərməyə imkan verir. Bərpa olunan mənbələrdən istehsal olunan hər 1 MWh elektrik üçün bir sertifikat yaradılır. Beləliklə, istifadə olunan enerjinin ekoloji təsirləri izlənə və hesabatlaşdırıla bilir. Bu sayədə təşkilatlar, bərpa olunan enerji istehlakını beynəlxalq standartlara uyğun şəkildə sənədləşdirərək karbon izlərini azaltmaq hədəflərinə töhfə verirlər.

"Trendyol"un müsbət təsir yanaşması

Təbiət, cəmiyyət və bütün tərəfdaşlar üçün pozitiv təsir yaratmaq "Trendyol"un dayanıqlılıq strategiyasının mərkəzi xəttini təşkil edir. Bu yanaşma şirkətin yalnız ticarət ekosisteminə deyil, sosial həyatın müxtəlif sahələrinə də dəyər qatmasını təmin edir.

"Trendyol" pozitiv təsir yanaşmasını beynəlxalq bazarlara da daşıyaraq qalıcı təsiri artırmağı hədəfləyir. Şirkət Azərbaycanda ətraf mühitin qorunması və sosial təsir istiqamətində müxtəlif layihələri dəstəkləyir.

"Trendyol" 2024 Dayanıqlılıq Hesabatı"nın tam versiyasına buradan baxa bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin