"TRT”nin yeni təmsilçisi:“ Köhnə dostumla görüşüb həsrət təzələmək kimi duyğudur…”

"TRT”nin yeni təmsilçisi:“ Köhnə dostumla görüşüb həsrət təzələmək kimi duyğudur…”
Bütün Xəbərlər
17:45 26.08.2014
707
“Bakıya ilk dəfə 1990-cı ildə gəldim, Dağlıq Qarabağ münaqişəsinə, Gəncədə Surət Hüseynov qiyamına şahid oldum. 1994-cü ildə Bakıdan Çeçenistan-Rusiya savaşına yollandım. Buraya gəlişim köhnə dostumla yenidən görüşüb həsrət təzələmək kimi bir duyğudur. Yeni gəlişimdə daha canlı bir şəhər gördüm” .
Bu fikirləri Heydər Əliyevdən müsahibə alan ilk türk jurnalist kimi adı tarixə yazılan “TRT”nin yeni Bakı təmsilçisi Yıldıray Arslan Aktual.az-a danışıb. O, Bakıda yenidən olmaqdan məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Yıldıray Arslan 1990-cı illərdən bəri, müxbir olaraq, Qarabağ müharibəsi və Azərbaycanda baş verən hadisələri dünyaya çatdıran ilk türk jurnalistlərdən biri olub. Y. Arslan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanın müstəqillik yolunda ilk addımlarına şahidlik edib. O, Qarabağ müharibəsini, Ankarada Elçibəy-Petrosyan görüşməsini, Gəncədə Surət Hüseynov qiyamını xəbər və müsahibələri ilə dünyaya çatdıran ilk xarici jurnalistlərdəndir. Yıldıray Arslan, eyni zamanda, ümummilli lider Heydər Əliyevdən müsahibə alan ilk türk jurnalist olaraq da tarixə düşüb. Yeni təmsilçi Azərbaycan-Ermənistan müharibəsi ilə yanaşı, Bosniya, Birinci Körfəz və çeçen-rus müharibələrini də fəal şəkildə işıqlandırıb, çeçen-rus müharibəsində paytaxt Qroznıya girən ilk türk jurnalist olub. TRT-də xəbər departamentində müxbir, xəbər müdiri, departament sədrinin müavini və sədr vəkili vəzifələrini icra edib. Hazırda Türkiyədə Parlament müxbirləri dərnəyi, Prezident Administrasiyası və Baş nazirlik müxbirləri dərnəyi, Ankara Jurnalistlər Cəmiyyəti, KİV İxtisas Jurnalistləri federasiyasında da sədr vəkili vəzifəsini icra edir.
Azərbaycanlı xanımla ailə həyatı quran Y. Arslan bir oğul atasıdır. İllər sonra təkrar Azərbaycana, təmsilçi olaraq, qayıdan Y. Arslan bunun ona qürur və şərəf verdiyini qeyd edib. O, dost və qardaş ölkələrin yayım qurumları arasındakı işbirliyinin daha da möhkəmlənməsi və inkişafı üçün bütün səylərini səfərbər edəcəyini söyləyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu