TUMİB Binəqədi rayonunda tədbir keçirdi

GƏNCLİK
16:27 30.10.2014
1860

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı, Gəncə, Şəki, Tovuz və Qazax şəhərlərində “Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı” adlı layihə həyata keçirir. 

AZXEBER.COM xəbər verir ki, bu gün layihə çərçivəsində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Qərargahında “təlim” keçirilib. Tədbirdə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, İctimai Birliyin idarə heyətinin üzvü layihənin eksperti, jurnalist Seymur Verdizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Fərid Qəhramanov, M.E.Rəsulzadə adına bələdiyyənin sədr müavini Ayət Nağıyev və qeyri- hökumət təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramovaçaraq, qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti uğurla yerinə yetirilir. Ölkəmizin hər guşəsində olduğu kimi, Binəqədi rayonunda da aparılan geniş quruculuq işlərində gənclər həyatımızın bütün sahələrində fəallıq göstərir, inkişaf və tərəqqinin önündə gedirlər. Bu günə kimi keçirilən seçkilərdə gənclərimizin xüsusi rolu var. Natiq layihənin mahiyyəti barədə məlumat verərək bildirib ki, məqsəd 2014-cü il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə yerli özünüidarəetmədə gənclərin daha çox təmsil olunması ilə bağlı maarifləndirilməsi və bələdiyyəyə keçirilən seşkilərdə gənclərin seçki fəallığının artırılmasıdır. Bələdiyyələrlə gənclər arasında ictimai əhəmiyyətli problemlərin həllinə yönələn daha intensiv əməkdaşlıq formasının yaradılmasına kömək göstərməkdir. Ökəmizdə hər 5ildən bir yerli idarəetmə orqanları- bələdiyyələrə seçkilər keçirilir. Xalqımızın əksəriyyətini təşkil edən gənclər heç şübhəsiz ki, yerli özünüidarəetmələrin təşkilində fəal rol almaları və fəallığı ilə seçilməlidirlər.

Təlimdə çıxış edənTUMİB-in idarə heyətinin üzvü layihənin eksperti, jurnalist Seymur Verdizadə də bələdiyyələrlə bağlı yerli və beynəlxalq qanunvericilik barədə məlumat verib. S.Verdizadə deyib ki, dünyanın aparıcı ölkələrində dövlət idarəçiliyinə uzanan yol bələdiyyə orqanlarında təmsilçilikdən keçir. Ekspert gəncləri bələdiyyə seçkilərində özlərini sınamağa səsləyib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Fərid Qəhramanov isə öz çıxışında vətəndaş cəmiyyətləri tərəfindən bu cür layihələrin keçirilməsinin əhəmiyyətindən danışıb. Daha sonra təlimdə bu günə qədər ki, bələdiyyə təcrübəsindən danışan M.E.Rəsulzadə adına bələdiyyənin sədr müavini Ayət Nağıyev,gənclərlə bağlı qaldırılan məsələlərin reallaşması işinə məhz gənclərin özlərinin cəlb edilməsinin təqdirəlayiq və vacib əhəmiyyət kəsb etdiyini, bunun mühüm bir amil kimi onların ictimai-demokratik fəallığının daha da artmasına müsbət təsir göstərəcəyini vurğulayıb.

Natiqlər cənab İlham Əliyevin gənc nəslin inkişafına, onlara göstərilən dövlət dəstəyinə, bütün gənclərə yaradılan geniş imkanlara görə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bütün seçkilərdə olduğu kimi, 23 dekabr Bələdiyyə seçkilərində də yüksək səviyyədə iştirak edəcək, doğma Vətənimizin tərəqqisi, Bakımızın daha da gözəlləşməsi üçün əzmkarlıqla, məsuliyyətlə çalışacaqlar.

“Təlim” maraqlı və geniş diskussiya şəraitində keçib.Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

OXŞAR XƏBƏRLƏR