TUMİB gənclər üçün rəsm müsabiqəsi qaliblərinin sərgisini keçirəcək
GƏNCLİK
17:52 22.09.2014
2036
Sentyabr ayının 26-da saat 16:00-da Bakı Xətai Sənət Mərkəzində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının texniki dəstəyi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında rəsm müsabiqəsinin qaliblərinin sərgisinin açılışını keçirir.