TUMİB “İslam Həmrəyliyi İli” çərçivəsində Ağdaşda tədbir keçirib

TUMİB “İslam Həmrəyliyi İli” çərçivəsində Ağdaşda tədbir keçirib
GƏNCLİK
03:11 16.05.2017
3201
 
"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını rəhbər tutaraq, Ağdaş rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdaş şəhərində "Azərbaycan İslam həmrəyliyinin əsas mərkəzlərindən bir kimi: sivilizasiyalararası münasibətlərdə gənclərin rolu” adlı konfrans keçirib.
 
Ağdaş Dövlət Humanitar Kollecində baş tutan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsini anmaqla başlayıb. Konfrans iştirakçıları sonra Azərbaycanın dövlət himnini ifa ediblər.
Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında təhsil müəssisələri ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. N.Mehdiyev deyib ki, yeniyetmə və gənclər arasında ideoloji maarifçilik işi aparmaqla onları radikal dini təriqətlərin və yad sektaların təsirindən qorumaq mümkündür.
"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə konfransın məqsədi barədə məlumat verib. Qeyd edib ki, əsas məqsəd İslam sivilizasiyasını təbliğ etmək, yeniyetmə və gənclərimizi yad ideologiyaların təsirindən qorumaq, bölgələrimizdə ideoloji maarifçilik işini gücləndirməkdir.
İslamın sülh, sevgi, dostluq dini olduğunu vurğulayan TUMİB sədri Azərbaycan cəmiyyətində humanist düşüncənin hakim olduğunu bildirib. Ç.Bayramov deyib ki, yeniyetmə və gənclərimiz İslam dininin mahiyyətini dərindən öyrənsələr, zərərli vərdişlərdən uzaq qalar, digər dinlərin və millətlərin nümayəndələrinə münasibətdə tolerant davranarlar. "Hazırda Azərbaycanda mövcud olan model digər İslam cəmiyyətləri üçün parlaq nümunədir. Bu nümunəni təbliğ etməyə ehtiyac var”, -  deyə Ç.Bayramov bildirib.

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinə diqqət çəkən TUMİB sədri deyib ki, paytaxt Bakının bu cür beynəlxalq turnirlərə evsahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasından xəbər verir. Natiq qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin dünyanın aparıcı KİV-lərinin əsas xəbərinə çevrilməsi Azərbycanın sivilizasiyalararası münasibətlərdə vacib tərəfdaş kimi çıxış etdiyinin bir daha təsdiqləyir. Son illər Bakıda İslam ölkələrinin iştirakı ilə müxtəlif beynəlxalq tədbirlərin keçirildiyini vurğulayan Ç.Bayramov Azərbaycanın İslam dövlətləri arasında mənəvi körpüyə çevrildiyini bildirib.

Ağdaş rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov deyib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün əsrlər boyu dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayıb. Q.Həsənov analoji tədbirlərin keçirilməsinə bundan sonra da dəstək verməyə hazır olduqlarını vurğulayıb. 
TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə deyib ki, dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycanda həmişə xüsusi həssaslıqla yanaşılıb. Natiq ölkəmizdə hakim olan sağlam mənəvi mühitin qorunub-saxlanılmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildirib. Jurnalist qeyd edib ki, Azərbaycanda heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. Natiq bunu Azərbaycan cəmiyyətinin tolerant düşüncəyə malik olması ilə izah edib.

 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
11:26 21.10.2025
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
11:18 21.10.2025
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
11:17 21.10.2025
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
11:14 21.10.2025
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
11:08 21.10.2025
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
Yavər Camalovun gəlini vəfat etdi
11:05 21.10.2025
Yavər Camalovun gəlini vəfat etdi
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
11:02 21.10.2025
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
11:00 21.10.2025
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
10:52 21.10.2025
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
10:42 21.10.2025
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
10:41 21.10.2025
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
10:23 21.10.2025
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
10:23 21.10.2025
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
10:16 21.10.2025
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
10:11 21.10.2025
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
Şair Xəlil Rza Ulutürkün doğum günüdür
10:04 21.10.2025
Şair Xəlil Rza Ulutürkün doğum günüdür