“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı” adlı layihə həyata keçirir.
AZXEBER.COM-un məlumatına görə, layihənin məqsədi 2014-cü il Azərbaycanda keçiriləcək Bələdiyyə seçkilərində gənclər arasında daha aktiv seçici fəallığı ilə bağlı maarifləndirmə işlərinin aparılması, yerli özünüidarəetmədə gənclərin daha çox təmsil olunması ilə bağlı maarifləndirilməsi, bələdiyyələrlə gənclər arasında ictimai əhəmiyyətli problemlərin həllinə yönələn daha intensiv əməkdaşlıq formasının yaradılmasına kömək göstərməkdən ibarətdir.
Layihə eyni zamanda ictimai fəal gənclərin üzə çıxardılması, yerli əhəmiyyətli problemlərin həllində aktiv iştirakını gücləndirməyə, onların ümumən cəmiyyət həyatına inteqrasiyası prossesini sürətləndirməyə yönəlib.