"Tünzalə Ağayeva da zövqsüz geyinən müğənnilərdəndir. Əvvəla onun seçdiyi geyimlər bədənini anormal göstərir. Amma bu geyimləri ona "əladır” deyib geyindirirlər”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri moderator.az-a açıqlamasında modelyer-dizayner Şəlalə Maqsudova deyib.
Modelyer şou-biznesin xanım aparıcılarının çoxunu zövqsüz adlandırıb:
"Şəbnəm Tovuzlunu çox istəyirəm, amma zövqsüzdür. Bu xanım heç vaxt geyim tərzini bilməyib, bədən quruluşunu tanımayıb. Həmçinin də Damla, Türkan Vəlizadə, Nəfəs, Vəfa Şərifova da çox zövqsüz geyinir. Günay İbrahimli əvvəl çox yaxşı geyinirdi. Son vaxtlar isə geyimlərini çox təkrarlayır. Özünə moda evi açıb. Təbii ki, Günay modelyer deyil. Modelyer olmaqdan ötrü insanın gərək öz fantaziyası olsun. Təranə Qumralın da geyimi o dərəcədə zövqlü deyil. Daha çox ziyafət geyim tərzindən istifadə edir. Bu da toylara çox getməsi ilə əlaqəlidir”.
Daha sonra o, Elza Seyidcahan haqda danışıb:
"Əməkdar artist Elza Seyidcahanın sənətini çox sevirəm, amma geyimləri bərbaddır. Elza xanımın geyimləri gülünc mənbəyidir, sənət əsəri deyil. Biri var papağı qatlanmış vəziyyətdə başına qoyasan, biri də var onu uzun formada başının ortasına yapışdırasan. Köynəyi düzünə geyinir, sonra çıxarıb onu tərsinə geyinir. Bu fantaziya ola bilər, amma bəzən dəxlisiz nələrsə edib ortalığa çıxır. Bu da unudulmamaqdan, yaddaşlarda qalmaqdan ötrüdür”.
Son vaxtlarda mən müğənnilərin hardasa 3-4 faizini görürəm ki, sənəti üzərində çalışıb, sənətlə qabağa gedirlər. Yerdə qalanları isə ya açıq-saçıq geyimləri, pozları ilə, qalmaqallarla, gülünc geyimlərlə yaddaşlarda qalmaq istəyirlər. Geyim insanın xarakterini göstərən bir meyardır” deyə modelyer-dizayner Şəlalə Maqsudova bildirib.