Əməkdar artist Tünzalə Ağayeva “Sənə məna yoxdursa, get” adlı yeni mahnısına klip çəkdirib.Sözləri Rəşad Məcidə, musiqisi ifaçının özünə aid olan mahnının ekran həlli rejissor Fərhad Əliyə həvalə olunub.Mahnının aranjimanı türkiyəli musiqiçi Özgür Abbaka məxsusdur.
T.Ağayevanın prodüseri Yalçın Cabbarov kliplə bağlı fikirlərini bildirib:
“Mahnıda nəfəs alətlərində Doruk Gönüntür, gitarada Özgür Abbak ifa edib. Bu, Tünzalə xanımın Fərhad Əli ilə ilk işbirliyidir. Onun repertuarında bu günə qədər belə qeyri-adi klip olmayıb. Ekran işində süjet xətti yoxdur. Yaxın vaxtlarda təqdimat keçirməyi düşünürük. Bu mahnı və klip Tünzalə xanımı fərqli obrazda ön plana çıxaracaq”.
Qeyd edək ki, T.Ağayevanın geyimlərini modelyer Gülnarə Xəlilova hazırlayıb. Sənətçinin stili üzərində isə Anar Ağakişiyev çalışıb.//axsam.az