Turabi xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

Turabi xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
MAQAZİN
12:18 20.02.2024
309
Zədəsini əsas gətirərək "Survivor All Star"dan ayrılan Turabi Çamkıranın xərəkdə müayinə olunarkən çəkilmiş fotosu yayılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, Turabinın səhhətində yaranan problemlə bağlı təcili xəstəxanaya yerləşdirildiyi bildirilib.
 
Daha sonra o, şəxsi "instagram" hesabında xəstəliyi ilə bağlı açıqlama verib:
 
"Sınıqlar və çıxıqlar üçün gəldik amma təcili reanimasiyaya yerləşdirildim. Ağır infeksiya keçirtmişəm və qaraciyərim iflas etmək üzərədir".
 
Turabinin ən az 3 həftə xəstəxanada yataraq müalicə olunacağı bildirilib.

Aysel
OXŞAR XƏBƏRLƏR