Tural Abbaslının metro ilə bağlı səsləndirdiyi fikrə RƏSMİ CAVAB

Tural Abbaslının metro ilə bağlı səsləndirdiyi fikrə RƏSMİ CAVAB
SOSİAL
17:51 22.09.2026
2999
Məlum olduğu kimi "Bakı Metropoliteni” QSC tərəfindən avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. 

Ağ Partiyanın sədri Tural Abbaslı Bakı metrosunda aparılan təmir işlərinin nəzərdə tutulan 11 ay ərzində yekunlaşacağına şübhə etdiyini bildirib. O, təmirin iki ilə başa çatdırılmasının belə böyük nəticə olacağını deyib. Tural Abbaslı bu barədə "Prime TV”nin "YouTube” kanalına müsahibəsində danışıb. Partiya sədri hesab edir ki, təmir işləri şəhərdə nəqliyyat yükünün nisbətən azaldığı yay aylarında həyata keçirilməli idi.

"Bakı Metropoliteni” QSC-dən AZXEBER.COM-a bildirilib ki, tikinti işlərinin təxminən 11 ay davam etməsi nəzərdə tutulub:

"Tikinti işlərinin təxminən 11 ay davam etməsi nəzərdə tutulub. Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun icra olunur.
Bakı metrosunun gələcək inkişafı üçün strateji zərurət olan bu layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.
Xətlərin ayrılması layihəsi üzrə işlər nəzərdə tutulan qaydada, ardıcıl şəkildə həyata keçirilir. Əsas məqsəd tikinti prosesinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun, müəyyən edilmiş müddət ərzində başa çatdırılmasıdır”.

Qurumdan qeyd olunub ki, ikin mərhələdə "Cəfər Cabbarlı-Nizami” mənzilində ümumi uzunluğu 211 metr olan birləşdirici tunellərin qazıntısına başlanılıb:

"İlkin mərhələdə "Cəfər Cabbarlı-Nizami” mənzilində ümumi uzunluğu 211 metr olan birləşdirici tunellərin qazıntısına başlanılıb. Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma zonasında və "Cəfər Cabbarlı” stansiyası yaxınlığında piyadaların, yerüstü nəqliyyatın, dəmiryol vağzalının, "28 May” və "Cəfər Cabbarlı” stansiyalarının fəaliyyətinə mane olmadan iki şaxta qazılıb. Şaxtalar tikinti işlərinin aparılması üçün maşın-mexanizm, xüsusi texnika və materialların yeraltı sahəyə endirilməsində istifadə olunur”.

Metropalitendən deyilib ki, "28 May-Nizami” mənzilində qatarların hərəkət etdiyi mövcud tunellərə qədər olan, ümumilikdə 39 metrlik hissədə qazıntı işləri tamamlanıb:

"İki yanaşma tuneli hazırlanıb, "28 May-Nizami” mənzilində qatarların hərəkət etdiyi mövcud tunellərə qədər olan, ümumilikdə 39 metrlik hissədə qazıntı işləri tamamlanıb. Proseslər müəyyən edilmiş qrafik üzrə davam etdirilir. Ötən müddət ərzində xətlərin ayrılacağı tunellərdə infrastrukturun ləğv edilməsi prosesi də daxil edilməklə layihə planlı şəkildə yerinə yetirilir. Bu xüsusda dəmir yolları, üstquruluş elementləri tamamilə sökülərək ləğv edilib. Buna paralel olaraq hər iki xətti əlaqələndirən mürəkkəb kommunikasiya xətləri qatarların mövcud hərəkətini təmin edən, elektrik gərginliyi ilə qidalandıran, rabitə, telekommunikasiya və s. daxili xətlər, eləcə də kənar təşkilatlara məxsus əhəmiyyətli xətlərin köçürülməsi işləri tamamlanmaqdadır. Hər iki tunel üzrə 94 metrlik hissənin betonlanması işləri də yekunlaşmaq üzrədir. Betonlanmanın əsas məqsədi tunel infrastrukturunun, eləcə də yerüstü tikililərin dayanıqlığını, möhkəmliyini, etibarlığını və təhlüksəziliyini təmin etmək və gələcəkdə baş verə biləcək mümkün fəsadların qarşısını almaqdır”.

"Bunlara paralel olaraq, ərazidə mobilizasiya işləri yekunlaşdırılıb. Əraziyə xüsusi texnika, maşın və mexanizmlər, işçi alətlərin hər birinin dərinliyi 20-30 m olan xüsusi qazılmış şaxtalara endirilib və ilkin tədbirlərə başlanılıb. Hədəf layihəni nəzərdə tutulan 11 aylıq müddətdə başa çatdırmaqdır. İşlərin cari vəziyyəti layihənin planlaşdırılan müddətdə başa çatdırılmasına əsas verir. Qeyd edək ki, ağır geoloji şəraiti nəzərə alınaraq tikinti işləri bu cür ərazilərdə geniş tətbiq olunan müasir və dayanıqlı Yeni Avstriya metodu ilə həyata keçirilir”,-deyə qurumdan bildirilib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
05:23 07.11.2026
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
05:13 07.11.2026
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
Zelenski: ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı dayandırıb
05:03 07.11.2026
Zelenski: ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı dayandırıb
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
04:53 07.11.2026
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
Fransada şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
04:43 07.11.2026
Fransada şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
Tramp İranla danışıqların davam etdiyini aşıqlayıb
04:33 07.11.2026
Tramp İranla danışıqların davam etdiyini aşıqlayıb
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
04:23 07.11.2026
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
04:13 07.11.2026
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
04:03 07.11.2026
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Alimlər insan beyni kimi öyrənən yeni cihaz hazırladı
03:53 07.11.2026
Alimlər insan beyni kimi öyrənən yeni cihaz hazırladı
Qışda avtomobili niyə uzun müddət yerində qızdırmaq olmaz?
03:43 07.11.2026
Qışda avtomobili niyə uzun müddət yerində qızdırmaq olmaz?
“WhatsApp”da foto və videolarla bağlı yeniliyi istifadəyə verdi
03:33 07.11.2026
“WhatsApp”da foto və videolarla bağlı yeniliyi istifadəyə verdi
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
03:23 07.11.2026
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Meqan Marklın atası saxlanıldı
03:13 07.11.2026
Meqan Marklın atası saxlanıldı
Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə ediblər
03:03 07.11.2026
Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə ediblər
Sorğu: Ermənistan vətəndaşlarının 50 %-dən çoxu növbədənkənar parlament seçkilərinin tərəfdarıdır
02:53 07.11.2026
Sorğu: Ermənistan vətəndaşlarının 50 %-dən çoxu növbədənkənar parlament seçkilərinin tərəfdarıdır