O, bu gün Yeni Müsavat qəzetinə bu haqda məlumat verərkən deyib: “11 martı ”Böyük Xalq Günü" elan etmişdilər. Mən isə bildirdim ki, bu gün Azərbaycana qeyri-stabillik, iğtişaşlar lazım deyil. Mən də keçmiş deputatlığa namizəd, Azərbaycanın ən tanınmış gənci kimi bu mövqeyimi ortaya qoydum. Kimlərsə bunu lazımlı, yaxud lazımsız hesab edə bilər. Bu onların öz işidir. Bu anda mən öz vətəndaş mövqeyimi ortaya qoydum. Şükürlər olsun ki, nəticələri də yaxşı oldu. Bu, həm mətbuatda, həm də ictimaiyyətdə rezonans doğurdu".