Turan İbrahimov: "Eynulla Fətullayevin özü və yaxınları üçün olduqca şadam" (EKSKLÜZİV)

Turan İbrahimov: "Eynulla Fətullayevin özü və yaxınları üçün olduqca şadam" (EKSKLÜZİV)
Bütün Xəbərlər
19:11 08.06.2011
1398

Eynulla Fətullayevin azadlığa çıxması isə dövlət başçısının ona olan etimadıdır. Onun da azad olduqdan sonra ulu öndərin məzarını ziyarət etməsi (qeyd edək ki, mətbuatda bu haqda xəbər yayılsa da, sonradan Fətullayevin vəkili bunu inkar edib) bir çox şeylərin dəyişdiyindən xəbər verir. Bu olduqca sevindirici bir haldır. Eynulla Fətullayevin özü və yaxınları üçün olduqca şadam". Bu sözləri AZXEBER.COM-a eksklüziv açıqlamasında millət vəkilliyinə keçmiş namizəd, tanınmış jurnalist Turan İbrahimov deyib.

Turan İbrahimov son zamanlar ona hücum edən müxalifətçilərin də cavabını portalımız vasitəsilə verib: "Təssüflər olsun ki, ölkəmizdə özünü demokrat sayan, demokratiya uğrunda mübarizə etdikləri iddiasında olan şəxs və qrupların böyük qisminin demokratiyaya yaxından uzaqdan aidiyyatı yoxdur. Onlar kimi düşünməyənləri düşmən görməyə meyillidirlər. Özlərini əsl faşist kimi aparırlar. Mənə olan hücumları da bu xüsusiyyətlərindən görürəm və ciddiyə almıram"

OXŞAR XƏBƏRLƏR