İbrahimov bunu AZXEBER.COM portalına eksklüziv açıqlamasında bildirib: "Yaxın günlərdə mənim sədrliyim ilə yeni təşkil yaradılacaq. Bu barədə çox danışmaq istəmirəm. Yaxın vaxtlarda mətbuat konfransı keçirəcəyik və yeni QHT-ini ictimaiyyətə təqdim edəcəyik. Sadəcə deyə bilərəm ki, bizim təşkilat Azərbaycanda baş verən ictimai-siyasi proseslərdə olduqca aktiv iştirak edəcək".
"Facebook" sosial şəbəkəsində yaradılan "İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək" səhifəsinin təsisçisi olan Turan İbrahimov həmçinin qeyd edib ki, texniiki məsələlər həll edildikdən sonra təşkilat haqda geniş məlumat veriləcək.