Teleaparıcı Turan (Samir) İbrahimov ANS-dən qovulub. Bu barədə “Qafqazinfo”ya məlumat ANS-dən daxil olub. Məlumata görə, onun televiziyadan qovulması yeni efirə hazırlanan verilişlə bağlı olub. Belə ki, Fazil Musatafa və Pənah Hüseyn ANS-in yeni tok-şou layihələrindən biri olan "Açıq söhbət"in studiyasında görüşərək "Azərbaycanda müxalifət varmı" mövzusunda polemika aparıblar. Debat zamanı AXP lideri Pənah Hüseyn və BQP sədri Fazil Mustafa arasında dava düşüb. Hətta P. Hüseyn opponentinin üzərinə yeriyib. Baş tutmayan debatın ardınca aparıcı da bu gün televiziyadan ayrılıb. Məlumatlara görə, onun işdən çıxarılmasına səbəb ANS rəhbərliyi ilə arasındakı mübahisə səbəb olub. Artıq sözügedən verilişin yeni aparıcı ilə çəkilişlərinə başlanılıb. T. İbrahimovun yerinə Sevinc Osmanqızı verilişin çəkilişlərinə aparıcı kimi qatılıb.