“Bəli, yazılanlar doğrudur. Mənim verilişim müəllif verilişi olduğuna görə burada fikir söyləməkdə, münasibət bildirməkdə azadam. Verilişdə mən fikir söyləyəndə bu Pənah Hüseynin xoşuna gəlmədi və o etiraz etməyə başladı. Bundan sonra ANS-in prezidenti Vahid Mustafayev də Pənah Hüseyni müdafiə etməyə başladı. Vahid Mustafayevin Pənah Hüseyndən heç bir fərqi olmadığını anladım. Çox təəsüflənirəm ki, artıq ANS iqtidaryönümlü aparıcılara yer yoxdur. Amma mən mövqeyimdən dönən deyiləm. Bundan sonra da öz fikrimi hər yerdə deyəcəm”. Bu sözləri AZXEBER.COM-a eksklüziv açıqlamasında məşhur teleaparıcı Turan İbrahimov deyib.
Xatırladaq ki, dünən ANS-in “Açıq Söhbət” verilişində BQP sədri, millət vəkili Fazil Mustafa ilə AXP lideri, sabiq millət vəkili Pənah Hüseyn arasında yaranmış siyasi qalmaqal yaşanıb. Verlişinin qonaqları olan Pənah Hüseyn və Fazil Qəzənfəroğlunun debatı jurnalist Turan İbrahimovun müdaxilələr etməsi, jurnalistin tərəf kimi çıxış etməyə cəhd göstərməsi Pənah Hüseynin çox sərt etirazına səbəb olub və o verilişi tərk etmək qərarına gəlib. Verilişə daxil olan Mir Şahin Ağayevin də cəhdləri heç bir nəticə verməyib.