Turan İbrahimov: 'Bu cılız hərəkət əsl şərəfsizlikdir' - 'RADİKALLAŞIRAM'
Bütün Xəbərlər
15:40 13.11.2012
2988
"Nigar Yaqubluya qarşı edilən bu cılız hərəkət əsl şərəfsizlikdir" AZXEBER.COM-un məlumatına görə, bu sözləri tanınmış teleaparıcı, deputatlığa keçmiş namizəd Turan İbrahimov şəxsi "facebook" səhifəsində yazıb. O bundan bir neçə gün öncə də "Radikallaşmağın astasındayam" deyə status yazmışdı. Xatırlafaq ki, Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun avtomobili Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi «KAMAZ» markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi bildirilir. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.